Məşhur amerikalı müğənni Castin Timberleyk həmkarı
Britni Spirsi məhkəməyə verməyə hazırlaşır.
AZXEBER.COM xəbər verir ki, buna səbəb Britninin xatirələr kitabında 19 yaşında olarkən eşq yaşadığı Castindən hamilə qaldığını və uşağı tələf etdirdiyini etiraf etməsi iddiasıdır.
Bu səbəbdən Castin sosial media hesabında şərh bölmələrini bağlamaq məcburiyyətində
qalıb. Hətta o, təhdidlərə görə bir neçə çıxışını ləğv etməli olub. Həm maddi
baxımdan itkilərlə qarşılaşan, həm də reputasiyasına dəyən ziyana görə, o,
Britnini məsuliyyətə cəlb etmək istəyir.
Qeyd edək ki, cütlük 1999-2002-ci illərdə eşq yaşayıb. O zaman Britninin 17,
Castinin isə 18 yaşı var idi. Ayrılıq Britninin xəyanəti səbəbindən baş
vermişdi. Timberleyk hazırda aktrisa Cessika Billə evlidir. Cütlüyün iki övladı
var.
Aysel