Castin narkotiklə bağlı iddialara cavab verdi

MAQAZİN
11:08 25.02.2025
173
Dünyaca məşhur müğənni Castin Biber həyat yoldaşının brendinin yeni mağazasının açılışında iştirak edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, repçi ayaqüstü pərəstişkarı ilə danışıb.
 
Castinin son zamanlar küçədə paparassilər tərəfindən çəkilmiş fotolarda çox yorğun görünməsi böyük marağa səbəb olub və bir çoxları onun narkotikdən istifadə etdiyi üçün bu vəziyyətə düşdüyünü iddia edib.
 
Castin Biber ona qarşı irəli sürülən ittihamları bu sözlərlə rədd edib:
 
"Bütün gecəni studiyada mahnı yazdırdığım üçün yuxusuz idim. Ona görə də bir az pis görünürdüm. Çox vaxt da gecənin bir hissəsini yatmaqda çətinlik çəkən oğlumun qayğısına qalmaqla keçirdirəm”.
 
Aysel
OXŞAR XƏBƏRLƏR