Casusluqda ittiham olunan jurnalist sərbəst BURAXILDI

Casusluqda ittiham olunan jurnalist sərbəst BURAXILDI
DÜNYA
10:44 07.08.2022
408
Şənbə günü Kosovo sərhədində casusluqda şübhəli bilinərək həbs edilən rusiyalı jurnalist Daria Aslamovanın sərbəst buraxıldığı deyilir.

AZXEBER.COM Publika.az-a istinadən xəbər verir ki, bu barədə onun çalışdığı "Komsomolskaya Pravda” nəşri məlumat yayıb.

Bildirilib ki, jurnalist Daria Aslamova redaktorlarla əlaqə saxlayıb və Serbiya-Kosovo sərhəddindəki Raska şəhərində olduğunu deyib. Qeyd olunur ki, avqustun 7-nə keçən gecə Kosovo hakimiyyəti onu azad edib və o, müstəqil şəkildə avtobusla təyinat yerinə çatıb.

"Səhər saat dörddə sərhədə çatdım. Serb sərhədçiləri də məni dindirdilər. Deportasiya nişanının niyə olmadığını öyrəndilər”, - deyə Aslamova bildirib.

O, həmçinin əlavə edib ki, Kosovoda saxlandıqdan sonra ona amerikalılarla dəyişdirilə və ya Ukraynaya ekstradisiya oluna biləcəyi bildirilib.

Avqustun 7- də bildirilmişdi ki, "Komsomolskaya Pravda” qəzetinin jurnalisti Daria Aslamova Kosovoda saxlanılandan bəri əlaqə saxlamayıb. KİV-in məlumatına görə, Aslamova Serbiya ilə Kosovo arasında artan gərginliklə bağlı xüsusi reportaj hazırlayırmış.
OXŞAR XƏBƏRLƏR