“Cavab oyunu daha çətin olacaq” - Ayşən Abduləzimova

“Cavab oyunu daha çətin olacaq” - Ayşən Abduləzimova
İDMAN
20:58 20.10.2026
149
"Turan”ın kapitanı Ayşən Abduləzimova Çempionlar Liqasında "Mladost-Zaqreb” üzərində qazandıqları qələbədən danışıb.

AZXEBER.COM xəbər verir ki, voleybolçu jurnalistlərə açıqlamasında bildirib ki, cavab oyunu daha çətin olacaq: 

"İlk set bizim üçün bir qədər həyəcanlı keçdi. Daha sonra öz oyunumuzu tapa bildik. Sonuncu setdə də müəyyən çətinliklər yaşadıq. Əsas odur ki, qalib gəldik və buna çox sevinirik. Amma bilirik ki, cavab oyunu daha çətin olacaq. Bu gün qələbəmizi qeyd edib, sabahdan növbəti oyuna ciddi hazırlaşmalıyıq”.

"Komandanın əsas məqsədi Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməkdir. Hər kəs bizdən qrup mərhələsinə yüksəlməyi gözləyir. Biz də bunun üçün əlimizdən gələni edəcəyik. Hər şey öz əlimizdədir. Bizə dəstək olan klub rəhbərliyinə və azarkeşlərimizə təşəkkür edirəm”, - deyə o bildirib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR