"Cavabımız sərt olacaq" - Davudoğlu - VİDEO

SİYASƏT
16:10 12.06.2014
1355
Türkiyə prezidenti Abdullah Gül Mosulda türk girovları ələ keçirməsi ilə bağlı növbədənkənar iclas təşkil edib.
İclada baş qərargah, kəşfiyyat rəhbərləri, xarici işlər nazirinin müavini və baş nazir iştirak edib.Ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ vitse-prezidenti Cozef Bayden ilə telefonla danışıb. Əks tərəf Türkiyəni əmin edib ki, ABŞ Türkiyəyə hər cür kömək göstərməyə hazırdır.Baş verən hadisə ilə əlaqədar Türkiyə Xarici İşlər Naziri Əhməd Davudoğlu ABŞ-yə səfərini dayandırıb. “Heç kim Türkiyənin səbr və gücünü sınağa çəkməsin. Türkiyə vətəndaşlarına zərər verildiyi təqdirdə, cavab sərt olacaq".Xatırladaq ki, yaraqlıların əlində 80 türk vətəndaşı var. Bunların yarısı ölkənin konsulluğunun nümayəndələridir. Qaçırdılan 31 türk sürücüsü üçün isə İŞID qruplaşması yaraqlıları 5 milyon dollar pul istəyir.Yaraqlılar sürücülərin çalışdığı nəqliyyat şirkəti ilə əlaqə qurub və qaçırdılanların sağ-salamat olması barədə məlumat veriblər.
///ANSPress
OXŞAR XƏBƏRLƏR