Cavan Zeynallıdan Xalq artisti olmasına reaksiya: "Tüklərim biz-biz oldu, yıxılacam"

Cavan Zeynallıdan Xalq artisti olmasına reaksiya: "Tüklərim biz-biz oldu, yıxılacam"
MAQAZİN
14:55 25.05.2019
10209
Müğənni Cavan Zeynallı Xalq artisti fəxri adını almasından xəbərsiz olub.

O, bunu "Report"un əməkdaşı ilə söhbətində deyib.

Müğənni bu xəbərə "Dəqiq məlumatdır? Evdə oturmuşam, heç nədən xəbərim yoxdur. Dəqiq? Tüklərim biz-biz oldu, yıxılacam bu dəqiqə", - deyə, reaksiya verib.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Cavan (Cavanşir) Zeynallıya Xalq artisti adı verilib. 
OXŞAR XƏBƏRLƏR