Cavanşir Məmmədov 1 milyonluq maşınını vuran taksi sürücüsünü tapdı

MAQAZİN
13:15 13.07.2013
10767
Müğənni Cavanşir Məmmədov 1 milyonluq avtomobilini vuran taksi sürücüsünü tapıb. İfaçı ANS PRESS-ə açıqlamasında, avtomobilinin ciddi zədə almadığını bildirdi: "Avtomobilim vurulanda mən içində olmamışam. Dünən axşam Mehriban Xanlarovanın ad gününə gedəndə avtomobili gül dukanının qarşısında saxlayıb gül almaq üçün içəri girdim. Çıxanda maşınımın vurulduğunu gördüm. Polis çağırdım, hadisə araşdırılır."Müğənni 1 milyonluq maşınına xəsarət vuran sürücünü incitməyəcəyini deyir: "Mənə nə qədər ziyan vurulduğunu deyə bilmərəm. Təmir elətdirərsə lap yaxşı, eləməzsə vurub öldürəsi deyiləm. Qan davası deyil ki, düşmənçilik aparım."Əlbətdə ki, bahalı maşının təmiri də bahalı olar. Cavanşir Məmmədov əzilən hissənin neçəyə düzələcəyini hələ bilmədiyini bildirdi: "Yaxşı usta dostlarım var. Yalnız onlara etibar edə bilərəm. Dostlarım mənə qiymət oxumazlar. yəqin ki. bir-birimizi başa düşərik."Xatırladaq ki, dünən axşam Azərbaycanda ilin ən “bahalı” qəzalarından biri baş verib. Milli.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhərinin mərkəzində 10 HS 100 dövlət nömrə nişanlı “Rolls Royce Phantom 6,7 AT" markalı avtomobil qəzaya uğrayıb. Metronun “İçərişəhər” stansiyasının yaxınlığında qiyməti 1 milyon manat olan avtomobili 90 AT 972 markalı “London Taxi” arxadan vurub. Qəza zamanı xəsarət alan olmasa da, hər iki maşına ciddi ziyan dəyib.“Rolls Royce Phantom 6,7 AT” markalı maşın müğənni Cavanşir Məmmədova məxsusdur. O, avtomobili 2011-ci ilin aprelində 960 000 avroya alıb. Həmin maşın alınan vaxt müğənninin kolleksiyasındakı 50-ci maşın idi.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:39 13.02.2025

Hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT EDİLDİ

15:36 13.02.2025

Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək - Sərəncam

15:31 13.02.2025

HƏMAS-la İsrail arasında girov mübadiləsi bu tarixdə davam edəcək

15:26 13.02.2025

"Azərbaycanın regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir"

15:21 13.02.2025

"Bağıraraq danışan adamlar yalançı olur" - Cavidandan Əli Nura cavab

15:13 13.02.2025

Kirkorovun yenidən vergi borcu olduğu ortaya çıxdı

15:11 13.02.2025

"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırdı

15:09 13.02.2025

Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək

15:03 13.02.2025

Yeni yaranan ulduzu görüntüləmək mümkün oldu - FOTOLAR

15:01 13.02.2025

"Televiziya auditoriyasının alıcılıq qabiliyyəti daha yüksəkdir" - Rolan Mammadlinski

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?