Cavid Ağamalıyev həbs olundu

Cavid Ağamalıyev həbs olundu
SOSİAL
20:16 22.10.2026
115
"Naxçıvan Aqroservis"in sədri həbs edilib.

AZXEBER.COM xəbər verir ki, Naxçıvanda dövlət əmlakının mənimsənilməsi ilə bağlı şübhəli şəxs qismində saxlanılan "Naxçıvan Aqroservis" ASC-nin İdarə Heyətinin sədri Cavid Ağaməliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Naxçıvan Şəhər Məhkəməsinin qərarına əsasən, Cavid Ağaməliyev barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Naxçıvan Aqroservis" ASC-nin sədri Cavid Ağaməliyev dövlət əmlakının mənimsənilməsində ittiham olunur.

Faktla bağlı Naxçıvan Prokrorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR