Cavid Qurbanov 3000-dən çox həkim və tibb bacısını işsiz qoyur – TƏFƏRRÜAT

Cavid Qurbanov 3000-dən çox həkim və tibb bacısını işsiz qoyur – TƏFƏRRÜAT
SOSİAL
12:42 30.12.2016
10544

 

Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Mərkəzi Dəmir Yol Xəstəxanası bağlanma təhlükəsi ilə qarşılaşıb.

Bu barədə AZXEBER.COM-a xəstəxanada çalışanlar məlumat veriblər. Məlumatda bildirilir ki, 3 mindən çox həkim və tibb bacısı yanvar ayından etibarən işsiz qalacaq. Buna səbəb xəstəxananın kommunal borcunun yüksək olmasıdır.

Məlumata görə, xəstəxanada maliyyə problemləri var. Bu səbəbdən də, işçilərin çoxu ixtisar edilir.

Xəstəxananın özəlləşdiriləcəyi də deyilir. Əmlak Məsələləri Dövlət Komitəsinin özəlləşdirməyə çıxartdığı dövlət obyektlərindən biri də məhz bu xəstəxanadır.

Hazırda isə xəstəxana Cavid Qurbanovun rəhbərliyi altında olan Azərbaycanda Dəmir Yollarının tabeçiliyindədir.

OXŞAR XƏBƏRLƏR