Cavid Qurbanov “Hafka” və Ziya Məmmədova qarşı – Məhkəmə işi

Cavid Qurbanov “Hafka” və Ziya Məmmədova qarşı – Məhkəmə işi
SOSİAL
17:05 13.11.2018
5153

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək iki şirkətə qarşı iddia qaldırıb.

AZXEBER.COM-un "Qafqazinfo”ya istinad'n verdiyi xəbərə görə, ADY iddia ərizəsində "Trans Qafqaz Transport” MMC və "Baghlan Group” FZCO-nu cavabdeh tərəf kim göstərib.

 

 

Cavid Qurbanovun sədri olduğu "Azərbaycan Dəmir Yolları” bu iki şirkətdən öhdəliklərinə görə yaranmış borcun ödənilməsini tələb edib. Lakin məbləğin nə qədər olduğu bəlli deyil.

Nəsimi rayon Məhkəməsi qətnamə çıxararaq iddianı qismən təmin edib. Bu şirkətlər qərarla razılaşmayıb və apellyasiya şikayəti veriblər.

"Trans Qafqaz Transport” MMC və "Baghlan Group” FZCO-nun şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır. İş hakim Elşən Kazımovun icraatındadır.

Məlumata görə, "Trans Qafqaz Transport” MMC 2002-ci ildən "Azərbaycan Dəmir Yolları”nın ali fraxt agenti olub. MMC-nin fəaliyyətinin əsas sahəsi "Azərbaycan Dəmir Yolları” fraxt siyasətinin ərazisində beynəlxalq səviyyədə "Avropa-Qafqaz-Asiya” dəhlizi vasitəsi ilə neft və neft məhsullarının daşınmasının həyata keçirilməsi olub. Bu şirkət keçmiş nəqliyyat naziri Ziya Məmmədovun ailəsinə məxsusdur.

"ADY”nin iddiası ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün internet resurlarında qeyd edilən nömrə ilə əlaqə saxladıq. Bizə bu şirkətin bağlandığı, artıq fəaliyyət göstərmədiyi bildirildi.

"Baghlan Group” FZCO isə Z.Məmmədovun keçmiş ortağı, "Hafka” ləqəbli Hafiz Məmmədova məxsusdur.

Qeyd edək ki, Ziya Məmmədov Nəqliyyat naziri olan vaxt və ondan əvvəlki dövrlərdə Cavid Qurbanov, Hafiz Məmmədov və keçmiş nazir ortaq olublar, uzun illər birgə biznes fəaliyyəti göstəriblər. Sonralar onların arasında yaranan problemlər ayrılıqlara səbəb olub, hətta "Hafka” ilə Z. Məmmədovun qarşıdurması ilə bağlı materiallar da mətbuatda dərc olunub. Ölkənin ən böyük biznes sahiblərindən olan bu üç şəxsdən biri-Hafiz Məmmədov 2010-cu illərin əvvəllərindən müflis olub, Ziya Məmmədov vəzifəsini itirəndən sonra faktiki "Hafka”nın taleyini yaşamağa məcbur qalıb. Üçüncü şəxs Cavid Qurbanov isə daha da dirçələrək keçmiş ortağı Ziya Məmmədovun bir vaxtlar nəzarətində olan "Azərbaycan Dəmir Yolları”na rəhbər gələrək öz imkanlarını genişləndirməyi bacarıb. Görünən budur ki, indi o, keçmiş ortaqları ilə haqq-hesab etmək məcburiyyətində qalıb. Çünki "Azərbaycan Dəmir Yolları” Z. Məmmədovun nəzarətində olan vaxt bu qurumun əsas korrupsiya mənbəyi olması heç kəsə sirr deyildi. Belə çıxır ki, C. Qurbanovun bu məsələləri araşdırandan sonra keçmiş ortaqlarından hesab sormaqdan başqa çıxış yolu qalmayıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO