Cavid Qurbanov Naxçıvana çəkilən dəmir yolundan danışdı

Cavid Qurbanov Naxçıvana çəkilən dəmir yolundan danışdı
SOSİAL
15:02 12.12.2021
217
Naxçıvanı Azərbaycanın digər əraziləri ilə birləşdirəcək dəmir yolunun Naxçıvan hissəsində hələlik layihələndirmə işləri gedir.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, əsas məsələ bu dəmir yolunun Ermənistan ərazisindən keçən hissəsidir və bununla bağlı danışıqlar aparılır.

"Bildiyiniz kimi, Ermənistan Dəmir Yolları 2038-ci ilə qədər Rusiyanın icarəsindədir. Hesb edirəm ki, bu daha da uzanacaq. Kommunikasiyaların açılmasına razılıq verildikdən sonra işlərə başlamaq olar", - deyə sədr əlavə edib.
OXŞAR XƏBƏRLƏR