Cavid Qurbanovun 5 milyonluq villası və “Göl” davası – TƏFƏRRÜAT

Cavid Qurbanovun 5 milyonluq villası və “Göl” davası – TƏFƏRRÜAT
SOSİAL
10:10 03.03.2017
14195
"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla bağlı mətbuatda maraqlı informasiya yayılıb.
 
2 il əvvəl Bakının Yasamal rayonu ərazisində fəaliyyət göstərən "Göl” restoranının bir gecənin içində yerlə bir edilməsi Cavid Qurbanovun göstərişi ilə baş verib. Bu restoran paytaxtın qeyri-adi restoranlarından biri və birincisi hesab edilirdi. Restoranın inşa olunduğu yer (Milli Arxiv İdarəsinin arxası) keçmişdə daş karxanası kimi istifadə olunub. Karxana dağılandan sonra yerində göl əmələ gəlib. Restoran da gölün üstündə inşa edilib.

Bəs restoran niyə sökülüb? Cavid Qurbanovun bu məsələyə nə aiddiyyatı var?

Məlumatda deyilir ki, restoran və onu əhatə edən ərazi göl qarışıq Fərhad adlı şəxsə məxsus olub. Həmin ərazidə Cavid Qurbanov Fərhadla sövdələşərək özünə villa tikdirib.


Uzun müddət villasında rahatca yaşayan Qurbanovun bütün ərazini almasına səbəb isə hakimiyyətdə kifayət qədər nüfuz sahibi olan generallardan birinin yaxın qohumunun həmin restoranda dostları ilə əylənməsi olub. Müsiqinin səsi əraziyə yayıldığına görə Cavid Qurbanov hiddətlənib və mühafizəçilərini restorana göndərib. Mühafizəçilər restoranın rəhbərliyindən musiqinin səsini almağı tələb ediblər. Bu zaman həmin generalın qohumu məsələyə müdaxilə edib. Mühafizəçilər bu barədə Cavid Qurbanovu məlumatlandırandan sonra o, restoranı və onun ətrafını satın almaq qərarına gəlib. Restoranın sahibi Fərhad adlı şəxsə təzyiqlərdən sonra o, "Göl”ü Cavid Qurbanova satmağa məcbur olub.

İddialara görə, Cavid Qurbanov bu məsələdə 5 milyon manat xərcə düşüb. Restoranı alan kimi isə yerlə yeksan etdirib.

Yeri gəlmişkən, restoranın söküldüyü barədə məlumat yayılanda Yasamal rayonu 24 saylı Mənzil İstismar Sahəsindən bildirilmişdi ki, həmin restoranın ərazisini başqa bir şəxs alıb.
///24saat.org
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə lideri: Qarabağ zəfəri Azərbaycanı daha da güclü etdi
17:09 28.05.2025
Türkiyə lideri: Qarabağ zəfəri Azərbaycanı daha da güclü etdi
Avropa İttifaqı Azərbaycanın da daxil olduğu Qara dəniz planını açıqladı
16:48 28.05.2025
Avropa İttifaqı Azərbaycanın da daxil olduğu Qara dəniz planını açıqladı
Fəxrəddin Altun: Azərbaycan-Türkiyə qardaşlığının təməli bu gün daha da möhkəmlənir
16:42 28.05.2025
Fəxrəddin Altun: Azərbaycan-Türkiyə qardaşlığının təməli bu gün daha da möhkəmlənir
Rəcəb Tayyib Ərdoğan: "Ankara, Bakı və İslamabad arasında həmrəylik seçim məsələsi deyil"
16:19 28.05.2025
Rəcəb Tayyib Ərdoğan: "Ankara, Bakı və İslamabad arasında həmrəylik seçim məsələsi deyil"
Aİ Suriyaya qarşı bütün iqtisadi sanksiyaları ləğv edib
15:48 28.05.2025
Aİ Suriyaya qarşı bütün iqtisadi sanksiyaları ləğv edib
Moldova Prezidenti İlham Əliyevi təbrik edib
15:43 28.05.2025
Moldova Prezidenti İlham Əliyevi təbrik edib
Sumqayıtda 23 yaşlı qadın evdə doğuş etdi - körpəsi öldü
15:17 28.05.2025
Sumqayıtda 23 yaşlı qadın evdə doğuş etdi - körpəsi öldü
Şahbaz Şərif: Azərbaycan bu gün beynəlxalq müstəvidə böyük önəmə sahibdir
15:14 28.05.2025
Şahbaz Şərif: Azərbaycan bu gün beynəlxalq müstəvidə böyük önəmə sahibdir
Elvinin klipi üç gündə trend oldu
15:00 28.05.2025
Elvinin klipi üç gündə trend oldu
Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi
14:58 28.05.2025
Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi
Azərbaycanda məktəbli qəfil öldü
14:46 28.05.2025
Azərbaycanda məktəbli qəfil öldü
Hakan Fidan sabah Ukraynaya səfər edəcək
14:44 28.05.2025
Hakan Fidan sabah Ukraynaya səfər edəcək
Şəhid fotolarının qarşısında rəqs edən Nəfəs tənqid olundu - VİDEO
14:42 28.05.2025
Şəhid fotolarının qarşısında rəqs edən Nəfəs tənqid olundu - VİDEO
Türkiyə Prezidenti Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib
14:32 28.05.2025
Türkiyə Prezidenti Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib
"Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib"
14:31 28.05.2025
"Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib"
Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü keçirilir
14:22 28.05.2025
Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü keçirilir