Caz ifaçısı Karla Bley 87 yaşında dünyasını dəyişdi

Caz ifaçısı Karla Bley 87 yaşında dünyasını dəyişdi
MAQAZİN
14:17 18.10.2023
230
Caz ifasının tanınmışlarından olan Karla Bley 87 yaşında dünyasını dəyişib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "Mainstream” caz musiqisi klassiklərinin şən aranjimanları ilə tanınan amerikalı caz musiqisi bəstəkarı Karla Bley 87 yaşında vəfat edib. 

Bleynin ölümünü uzun illər birlikdə çalışdığı ortağı Stiv Svollou elan edib. Sənətçinin ölümünə beyin xərçəngi ilə bağlı fəsadlar səbəb olduğu açıqlanıb.

Qeyd edək ki, Bleyə 2018-ci ildə beyin xərçəngi diaqnozu qoyulub.

Ayşən
OXŞAR XƏBƏRLƏR