"Cəbhə bölgəsində təbliğat-təşviqat işləri əməliyyat şəraitinə uyğun həyata keçirilir "

"Cəbhə bölgəsində təbliğat-təşviqat işləri əməliyyat şəraitinə uyğun həyata keçirilir "
SİYASƏT
15:05 03.10.2020
1257
Sentyabrın 27-də ağır döyüşlər başladığı ilk gündən cəbhə bölgəsində təbliğat-təşviqat işləri də əməliyyat şəraitinə uyğun təşkil edilərək həyata keçirilir.

Müdafiə Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, Ordumuzun qazandığı uğurların, döyüşçülərimizin rəşadətinin geniş ictimaiyyət arasında təbliği, Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə igidlik göstərən hərbi qulluqçularıın xalqa tanıdılması sistematik təşkil edilir və yerinə yetirilir.

Bu günlərdə Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatının, Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin, "Azərbaycan Ordusu” qəzeti redaksiyasının əməkdaşları döyüş bölgəsinə ezam edilib. Cəbhəboyu zonada quraşdırılan səyyar mətbəələrdə "Sən qalib gələcəksən!”, "Qalibiyyət döyüşü” və "Böyük Qələbə uğrunda” təşviqat vərəqələri, "Azərbaycan Ordusu” qəzetinin xüsusi buraxılışları, bukletlər hazırlanır cəbhədə olan şəxsi heyət və cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrinin sakinləri arasında yayılır.

Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən 4 təbliğat-təşviqat qrupu yaradılıb. Həmin qruplar veteranların, ictimaiyyət nümayəndələrinin şəxsi heyət qarşısında çıxışlarını təşkil edir və konsert proqramlarını təqdim edirlər. Bundan əlavə səsgücləndirici maşınlar vasitəsilə ümummilli lider Heydər Əliyevin və Silahlı Qüvvələrin Ali Baş Komandan İlham Əliyevin Ordumuz haqqında çıxışları, hərbi vətənpərvərlik mahnıları və döyüşlər barədə operativ məlumatlar cəbhəboyu zonadakı yaşayış məntəqələrində səsləndirilir, vətənpərvərlik mövzusunda bədii və sənədli filmlər nümayiş olunur.

Bu tədbirlər döyüşən əsgər və zabitlərin mənəvi-psixoloji durumuna müsbət təsir göstərir, döyüş əzmini, qələbə ruhunu daha da artırır, mülki əhali tərəfindən ruh yüksəkliyi və rəğbətlə qarşılanır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Volkswagen”in satışları kəskin azaldı
13:40 12.10.2026
“Volkswagen”in satışları kəskin azaldı
Vahid məktəbli formasına qarşı çıxışların sifarişi SEPAH-dan gəlib – FOTOFAKT
13:36 12.10.2026
Vahid məktəbli formasına qarşı çıxışların sifarişi SEPAH-dan gəlib – FOTOFAKT
Pensiya artımları ilə bağlı - AÇIQLAMA
13:28 12.10.2026
Pensiya artımları ilə bağlı - AÇIQLAMA
“6-7 yaşlı uşaqlara bunu rəva görmürəm” – Firəngiz Əlizadə
13:16 12.10.2026
“6-7 yaşlı uşaqlara bunu rəva görmürəm” – Firəngiz Əlizadə
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
13:15 12.10.2026
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
Son dəqiqə! İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi
12:57 12.10.2026
Son dəqiqə! İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi
Nizami Cəfərov: Məktəbli forması sosial bərabərsizliyi aradan qaldırır
12:48 12.10.2026
Nizami Cəfərov: Məktəbli forması sosial bərabərsizliyi aradan qaldırır
Həkim əvəzinə katibə botoks etdi: 16 nəfər xəstəxanalıq oldu
12:46 12.10.2026
Həkim əvəzinə katibə botoks etdi: 16 nəfər xəstəxanalıq oldu
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
12:38 12.10.2026
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
Azərbaycan Prezidenti: Kamboca ilə ticarət dövriyyəmiz hələ də çox aşağı səviyyədədir
12:36 12.10.2026
Azərbaycan Prezidenti: Kamboca ilə ticarət dövriyyəmiz hələ də çox aşağı səviyyədədir
"İrandan idarə olunan qruplar dövlətin təhlükəsizliyi üçün təhdidə çevrilir” - VACİB AÇIQLAMA
12:34 12.10.2026
"İrandan idarə olunan qruplar dövlətin təhlükəsizliyi üçün təhdidə çevrilir” - VACİB AÇIQLAMA
“Daxili sabitliyə zərər vurmaq heç bir tərəfə fayda gətirməz” - Mənsum İbrahimov
12:14 12.10.2026
“Daxili sabitliyə zərər vurmaq heç bir tərəfə fayda gətirməz” - Mənsum İbrahimov
“Azərbaycan qadını, azadlığına sahib çıx!”
12:06 12.10.2026
“Azərbaycan qadını, azadlığına sahib çıx!”
İlham Əliyev Kambocaya səfərə dəvət edilib
12:02 12.10.2026
İlham Əliyev Kambocaya səfərə dəvət edilib
İlham Əliyev: Azərbaycan və Kamboca sülhü, təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
11:58 12.10.2026
İlham Əliyev: Azərbaycan və Kamboca sülhü, təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik"
11:57 12.10.2026
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik"