Cəbhədə vəziyyət gərgin olaraq qalır. Ermənistanın silahlı bölmələri iyunun 10-u saat 08.00-dan bu gün səhər saat 08.00-dək qoşunların təmas xəttinin Ağdam, Goranboy, Tərtər, Füzuli və Gədəbəy rayonları istiqamətlərində atəşkəs rejimini pozmaqda davam ediblər və atışmalar intensiv xarakter daşıyıb.