Cəbhədə vəziyyət Putinin istədiyi kimi getmir: Ukrayna ordusu mühüm ərazini azad etdi

Cəbhədə vəziyyət Putinin istədiyi kimi getmir: Ukrayna ordusu mühüm ərazini azad etdi
DÜNYA
14:46 05.10.2022
550
Ukrayna ordusu Xersondakı ərazini geri alıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya bu yaxınlarda Ukraynanın Xerson, Donetsk, Luhasnk və Zaporojye vilayətlərini qanunsuz referendumlarla ilhaq etdiyini açıqlayıb. Lakin bütün bunlara baxmayaraq, cəbhədə vəziyyət Putinin istədiyi kimi getmir. 

Digər tərəfdən Ukrayna ordusu son iki gündə Xersonda ciddi irəliləyiş əldə edib. 

Ukrayna Davydiv Brid, Starosillya, Novopetrivka, Dudçani qəsəbələrinə nəzarəti bərpa etdiklərini açıqlayıb. 

Ukraynanın yaxın günlərdə cənub cəbhəsində irəliləyişini davam etdirəcəyi gözlənilir.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR