Cəbhəyanı kəndin orta məktəb binasında yanğın - YENİLƏNİB - FOTO

Cəbhəyanı kəndin orta məktəb binasında yanğın - YENİLƏNİB - FOTO
SOSİAL
21:02 12.06.2017
1046
Tovuzda təhsil müəssisəsi yanıb.
 
AZXEBER.COM ARB 24-ə istinadla xəbər verir ki, rayonun Naiq Yusifov adına 170 şagird tutumlu Ağdam kənd tam orta məktəbinin əsas binasının dam örtüyü və yanar konstruksiyaları yararsız hala düşüb.
 
Hadisə yerinə FHN-nin Yanğından Mühafizə Hissəsinin Tovuz rayon Bölməsinin 3 yanğınsöndürən avtomobili cəlb edilib. Alov 15 dəqiqə müddətinə ram edilib.
 
Məktəbin direktorunun dediyinə görə, yanğına səbəb binanın damında yaranan qısaqapanma olub. Hadisə baş verən vaxt təhsil ocağında şagird və müəllim olmayıb. İnvertarlar vaxtında alovdan xilas edilib.
 
Şahnaz Əyyubova - Məktəbin direktoru: "1-ə 10 dəqiqə qalmış yanğın başladı. İbtidai siniflər getmişdilər. Əşyaları çıxartdıq, heç bir ziyan olmadı".
 
Məktəbə dəyən ziyan araşdırılır.



OXŞAR XƏBƏRLƏR