Cəbrayıl Həsənovla Şərif Şərifov finalda! - Olimpiadaya daha bir vəsiqə

Cəbrayıl Həsənovla Şərif Şərifov finalda! - Olimpiadaya daha bir vəsiqə
İDMAN
17:02 21.09.2019
15299
Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.

AZXEBER.COM xəbər verir ki, səkkizinci yarış günündə sərbəst güləş üzrə 61, 79, 86 və 97 kq-da mübarizəyə start verilib.

1) Olimpiya çempionumuz Şərif Şərifov da mundiala təsnifatdan start verib. O, 97 kq çəkidə koreyalı rəqibini asanlıqla məğlub edib. Şərifov 1/8 finalda ukraynalı idmançıya da qalib gələrək adını 1/4-ə yazdırıb. 1/4-də gürcüstanlı Elzibar Odikadzeyə asanlqıla qalib gələn Şərifov DÇ-nin yarımfinalına çıxmaqla yanaşı, "Tokio-2020"yə də lisenziya qazanıb. Bu, güləşçimizin olimpiadalara 3-cü vəsiqəsi olub. Dağıstanlı legionerimiz "London-2012" olimpiadasının qızıl, "Rio-2016"nın isə bürüc medalçısıdır. Həlledici görüşə gedən yolda amerikalı Snayderi də sıradan çıxaran olimpiya çempionumuz DÇ-nin finalına çıxışını rəsmiləşdirib.

2) 79 kq-da DÇ-yə 1/8 finaldan başlayan Cəbrayıl Həsənov ukraynalı Tkançenkoya heç bir şans verməyərək 1/4 finala vəsiqəni təmin edib - 7:0. Bu mərhələni də böyük uğurla keçən Cəbrayıl qazax güləşçidən aşkar üstün olub - 11:4. 1 il əvvəl Macarıstanda dünya ikincisi olmuş Cəbrayılov bu dəfə finala yüksəlməklə karyerası ərzində ilk dünya çempionluğunu yaşaya bilər. Bunun üçün əvvəlcə Slovakiyanı təmsil edən Teymuraz Salkazanovu məğlub etmək lazım idi. Rəqibinə 4:3 hesabı ilə qalib gələn Həsənov adını finala yazdırıb. Beləcə, Cəbrayıl üçün əsl revanş imkanı yaranıb. Pəhləvanımızın sabah finalda rəqibi məhz ötən il Macarıstan finalında uduzduğu amerikalı Kayl Deyk olacaq.

3) 61 kq-da yarışan Əhmədnəbi Qvarzatilov da mundiala qələbə ilə başlayıb. Dağıstanlı legionerimiz ilk görüşdə kubalıdan üstün olub - 7:0. 1/4 finalda iranlı Behnam Ehsanpurla son saniyələrə qədər amansız və gərgin mübarizə şəraitində keçən görüşdə 2 dəfə irəlidə olan güləşçimiz üstünlüyü saxlaya bilməyib - 12:13. İranlı pəhləvan finala mıxa bilmədiyindən, Qvarzatilov da DÇ ilə vidalaşmalı olub.

4) 86 kq-da yarışa təsnifat mərhələsindən başlayan Aleksandr Qostiyev elə ilk görüşdəcə Özbəkistan idmançısına məğlub olub. Rəqib finala qədər irəliləyə bilmədiyi üçün Qostiyev mundialla erkən vidalaşıb.

Dünya çempionatı-2019. Qazaxıstan, Nur-Sultan

61 kq
1/8 final - Əhmədnəbi Qvarzatilov - Yovlis Bonne Rodriger (Kuba) 7:0

1/4 final - Əhmədnəbi Qvarzatilov - Behnam Ehsanpur (İran) 12:13

79 kq
1/8 final - Cəbrayıl Həsənov - Dmitri Tkaçenko (Ukrayna) 7:0

1/4 final - Cəbrayıl Həsənov - Halimcan Usserbaey (Qazaxıstan) 11:4

1/2 final - Cəbrayıl Həsənov - Teymuraz Salkazanov (Slovakiya) 4:3

Final - Cəbrayıl Həsənov - Kayl Deyk (ABŞ) (final görüşü sentyabrın 22-də olacaq)

86 kq
Təsnifat - Aleksandr Qostiyev - Cavrail Şapiyev (Özbəkistan) 1:4

97 kq
Təsnifat - Şərif Şərifov - Minvon Seo (Koreya Respublikası) 11:4
1/8 final - Şərif Şərifov - Valeri Andreytsov (Ukrayna) 4:0

1/4 final - Şərif Şərifov - Elizbar Odikadze (Gürcüstan) 6:0

1/2 final - Şərif Şərifov - Kayl Snayder (ABŞ) 5:2

Final - Şərif Şərifov - Abdulrəşid Sədullayev (Rusiya) (final görüşü sentyabrın 22-də olacaq)

86 və 97 kq-da 1-6-cı yerləri tutan güləşçilər "Tokio-2020” olimpiadasına vəsiqə qazanırlar.

Dünya çempionatının geridə qalan 7 günündə yığmamız yalnız 4 medal qazanıb. Sərbəst güləşdə 50 kq çəkili Mariya Stadnik dünya çempionluğunu və olimpiadaya lisenziya, yunan-roma güləşində Rafiq Hüseynov (82 kq) dünya ikincisi, 55 kq-da yarışan Eldəniz Əzizli və 65 kq-da Elis Manolova isə 3-cü olub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir