Cəbrayıl Şəhər Mərkəzi Xəstəxanasının inşasına 500 min manat ayrıldı

Cəbrayıl Şəhər Mərkəzi Xəstəxanasının inşasına 500 min manat ayrıldı
SOSİAL
14:53 04.10.2021
221
Prezident İlham Əliyev Cəbrayıl Şəhər Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

AZXEBER.COM xəbər verir ki, sərəncamla Cəbrayıl şəhər 150 çarpayı yerlik mərkəzi xəstəxanasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Səhiyyə Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb.
OXŞAR XƏBƏRLƏR