Cəbrayıl və Qubadlı rayon polis şöbələri şəhər mərkəzinə köçürülüb

Cəbrayıl və Qubadlı rayon polis şöbələri şəhər mərkəzinə köçürülüb
SİYASƏT
14:23 12.11.2020
546

"Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" fərmanına uyğun olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir".

Bunu Report-a Milli Məclisə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilmiş Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, artıq Cəbrayıl və Qubadlı rayon polis şöbələri işğaldan azad edilmiş Cəbrayıl və Qubadlı şəhərinin mərkəzinə yerləşdirilib: "Həmin rayonların polis şöbələrinin rəisləri isə hərbi komendantlar təyin edilib”.

OXŞAR XƏBƏRLƏR