Cəbrayılda daha 6 erməni hərbçisinin meyiti tapılıb

Cəbrayılda daha 6 erməni hərbçisinin meyiti tapılıb
SİYASƏT
21:01 18.08.2021
1113
Azərbaycanın Cəbrayıl rayonu ərazisində Ermənistan ordusunun 6 hərbçisinin meyiti tapılıb.

AZXEBER.COM "Sputnik Armenia"ya istinadən xəbər verir ki, təxliyə edilən meyitlərin kimliyi məhkəmə-tibbi ekspertizasından sonra müəyyən ediləcək.

Məlumata görə, Azərbaycanın işaldan azad edilən ərazilərindən 2020-ci il noyabrın 10-dan sonra 1 642 nəfərin meyiti aşkarlanaraq Ermənistana təxliyə edilib.

Xatırladaq ki, meyiti tapılan hərbçilər İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan Ordusu tərəfindən məhv ediliblər.
OXŞAR XƏBƏRLƏR