“Cəhənnəm olsun Makron!” - Netanyahun oğlu

“Cəhənnəm olsun Makron!” - Netanyahun oğlu
DÜNYA
23:14 14.04.2025
548
İsrailin Baş naziri Binyamin Netanyahunun oğlu Yair Netanyahu Fransa Prezidenti Emmanuel Makronu təhqir edib.

AZXEBER.COM "Qafqazinfo”-ya istinadən xəbər verir ki, siyasi fəal Yair Netanyahu Makronun Fələstini dövlət kimi tanıyacağı ilə bağlı fikirlərinə sərt reaksiya verib.

Sosial media hesabında birbaşa Makrona Fransanın müstəmləkəsində olan bölgələrin adlarını bir-bir sadalayaraq onlara müstəqillik tələb edib:

"Cəhənnəm olsun Makron! Yeni Kaledoniyanın müstəqilliyinə bəli! Fransız Polineziyasının müstəqilliyinə bəli! Korsikanın müstəqilliyinə bəli! Bask ölkəsinin müstəqilliyinə bəli! Fransız Qvianasının müstəqilliyinə bəli!”

Baş nazir isə oğlunun bu yazısı ilə bağlı açıqlama verərək, onun tonunu yersiz gördüyünü və buna görə üzr istədiyini bildirib. Bununla belə, o, oğlunun əsl sionist olduğunu və İsrailin gələcəyindən narahat olduğunu da qeyd edib.

Baş nazir Netanyahu da Makronun Fələstin dövlətini tanımaq ideyasını tənqid edərək, onu "böyük səhv” adlandırıb.
OXŞAR XƏBƏRLƏR