“Cehiz almaq üçün götürülən kreditlərə güzəşt edilsin” - Deputatdan banklara təklif

“Cehiz almaq üçün götürülən kreditlərə güzəşt edilsin” - Deputatdan banklara təklif
SOSİAL
13:55 17.03.2020
4090
Deputat koronavirusla bağlı yaranmış indiki şəraitdə bankları vətəndaşlara banklara kreditlərini ödəmə müddətinin gecikməsinə görə cərimələr etməməyə çağırıb.

AZXEBER.COM xəbər verir ki, belə bir təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən  deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, koronavirusla bağlı toy və yas mərasimləri təxirə düşüb. "Ancaq  unutmaq lazım deyil ki, xeyli sayda insanlarımız toy etmək üçün kreditlər götürüblər. Kreditin qaytarılmasında müəyyən problemlər yarana bilər. O baxımdan da təklif edirəm ki, banklar bu müddət ərzində vətəndaşlara  kredit ödəmələri gecikməsinə görə cəriməni tətbiq etməsinlər”- deputat deyib.
 

OXŞAR XƏBƏRLƏR