Ceki Çanın qadına ərə gedən qızı: Onu ata saymıram!

Ceki Çanın qadına ərə gedən qızı: Onu ata saymıram!
DÜNYA
14:31 28.11.2018
3856
O, həyatımda heç zaman olmayıb. Sadəcə, bioloji atamdır. Bu səbəbdən onu ata saymıram və yenə də belə olacaq!

Məşhur honkonqlu aktyor və rejissor, 64 yaşlı Ceki Çanın nikahdankənar qızı, 19 yaşlı Etta U Çjolin belə deyib.

AZXEBER.COM Milli.Az-a istinadən bildirir ki, sosial şəbəkələrdə "Etta Ng" kimi tanınan Etta iki ildən bəri yaxın münasibətlərdə olduğu sevgilisi, 31 yaşlı kanadalı model Endi Otmnla evlənib. Etta və Endi lesbiyandırlar.

Onlar toy mərasimində çəkilmiş fotolarla videoları İnstagram profillərində paylaşıblar. 

Aprel ayında Etta YouTube-da video paylaşaraq demişdi: "Valideynlərimiz bizi anlamır, münasibətlərimizi qəbul etmir, sevgimizi ələ salırlar. Bu səbəbdən Endi ilə bir ay küçələrdə yaşadıq".

Etta U Çjolin lesbiyan olduğunu ötən il bəyan etmişdi. O, Ceki Çanın aktrisa Eleyn U Sili ilə qeyri-rəsmi nikahında dünyaya gəlib. Ceki Çan Ettanı qızı kimi rəsmən tanısa da, onun boya-başa çatmasında əsla iştirak etməyib.

19 yaşlı Ettanın 31 yaşlı Endi ilə toyu noyabrın 8-də Kanadanın Toronto şəhərində olub. Sonra "sevgililər" Honkonqa, U Çjolinin doğma şəhərinə yollanıblar.
OXŞAR XƏBƏRLƏR