Ceki Çanın son halı görənləri şoka saldı - FOTO

Ceki Çanın son halı görənləri şoka saldı - FOTO
DÜNYA
14:17 09.04.2024
269
Hollivudun məşhur döyüş sənəti ustası Ceki Çan hazırkı vəziyyəti ilə bağlı açıqlama verib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu yaxınlarda 70 yaşı tamam olan aktyor sosial şəbəkədə trend olan fotosundan danışıb.

"Dünyanın ən çox qazanan aktyorlarından” biri olan Çanın tədbir zamanı çəkilmiş fotosu sosial şəbəkələrdə yayılıb.

Çanın qar kimi ağ saçlarının bəzi fotoları sosial mediada sürətlə yayılıb.
 
Ceki Çan pərəstişkarlarını narahat edən bu fotolarla bağlı bu sözləri deyib:
 
"Bu yaxınlarda dostlarım internetdə bəzi şəkillərimi görüb səhhətimdən narahat oldular. Narahat olmayın! Yeni filmim üçün belə görünməli oldum. Saçlarım və saqqal ağarmalı idi".

Qeyd edək ki, aktyorun yeni layihəsinin nə olduğu məlum deyil.
 
Mikayıl
 

OXŞAR XƏBƏRLƏR