Dənizin ortasında poz verib, fotolar çəkdirən müğənni tezliklə yeni layihəsi barədə məlumat verəcək.Yeni yay abu-havalı fotosessiyasından ağız dolu danışan S. Selcan açıqlamasında bildirib:"Fotosessiyanın ideya müəllifi Zamiq İbrahimovdur. Prodüserim Sayqa Cahidlə düşündük və qərara gəldik ki, yay abu-havasına uyğun bir şey edək. Əslində hündürlüyə qarşı fobiyam var. Deyirdilər ki, qorxarsan, yıxılarsan, dənizdir axı... Amma fotosessiyanın ideyası cəlbedici gəldi. Fikirləşdim ki, yuxardan aşağı baxmaq görəsən necə hissdir. Əslində yuxarıdan aşağı baxanları heç sevmirəm. Sadəcə həmin fotosessiyada çalışdım ki, obraza girə bilim. Doğrunun arxasında gizlənib yalan danışan, yerdə dayanıb yuxarıdan aşağı baxan insanlar var. Yuxardan aşağı baxdım, düzü təhlükəlidir, hər an ehtiyatı əldə saxlamaq lazıdır. Mən heç vaxt belə olmamışam, olmaram da. Çünki belə insanlar mənə gülünc gəlir".Cəlbedici müğənni dənizə sevgisindən də söz açıb:"Dənizi çox sevirəm Çünki safdır, təmizdir, suyun dibbi görünür. Əslində dənizi insanlarla müqayisə edirəm. Və fərqi görürəm. Bəzi pula görə mənliyini satan, kimliyini unudan, keçmişinə yan gözlə baxan və hər şeyi göz qırpımında silən insanları yaxşı aid edir dəniz...".








