Cəlilabad rayonunda evdən meyit tapılıb

Cəlilabad rayonunda evdən meyit tapılıb
HADİSƏ
00:02 02.01.2025
533
Cəlilabad rayonunda evdə meyit aşkar olunub.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonunun Göytəpə şəhər sakini 1972-ci il təvəllüdlü Ağayev Aydın Hüseynağa oğlunun cansız bədəni qonşuları tərəfindən yaşadığı ünvanda tapılıb.

Məlumata görə o, evdə tək qalırmış. Onun 3 gün əvvəl öldüyü güman edilir.

Meyit müayinə olunması üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının morquna təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR