Cəlilabadda 17 yaşlı yeniyetmə suda boğularaq həyatını itirib - TƏFƏRRÜAT

Cəlilabadda 17 yaşlı yeniyetmə suda boğularaq həyatını itirib - TƏFƏRRÜAT
SOSİAL
18:42 01.06.2024
160

Cəlilabad rayonunda suda boğulma ilə bağlı bəzi təfərrüatlar məlum olub.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, rayonun Sabirabad kənd sakini, 2007-ci il təvəllüdlü Şükürov Həsən Aftandil oğlu dostları ilə birlikdə çimmək üçün Uzuntəpə kəndi ərazisində yerləşən "Karyer" adlandırılan su bəndinə gediblər.

H.Şükürov birgə çimdiyi dostlarından bir az kənara üzüb. Bu zaman o su bəndində boğulub. Mərhumun meyiti yaxınlıqda yaşayan insanlar tərəfindən çıxarılıb.

O, Uzuntəpə kəndində nənəsinin himayəsində yaşayırmış.

Onun meyiti müayinə olunması üçün rayon morquna təhvil verilib.


Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR