Cəlilabadda 2 avtomobil toqquşdu - Xəsarət alanlar var

Cəlilabadda 2 avtomobil toqquşdu - Xəsarət alanlar var
SOSİAL
12:16 29.08.2026
110

Cəlilabadda iki minik avtomobili toqquşub, xəsarət alanlar var.

Cəlilabad rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə yeni Ələt-Astara magistralında, Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Qəza nəticəsində hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Toqquşmanın təsirindən avtomobillərdən biri yoldan çıxaraq yol kənarındakı ağaclara çırpılıb və kanala düşüb.

Hadisənin baş vermə səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı araşdırma davam etdirilir.
//manşet.az
OXŞAR XƏBƏRLƏR