Cəlilabadda 23 yaşlı qız dəm qazından boğularaq ölüb

Cəlilabadda 23 yaşlı qız dəm qazından boğularaq ölüb
SOSİAL
00:12 06.01.2026
166
Cəlilabad rayonunda gənc qız dəm qazından boğularaq ölüb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

Kənd sakini, 2003-cü il təvəllüdlü İsayeva Şükran Sakit qızı yaşadığı evinin hamamında dəm qazından boğulub.

Mərhumun meyiti müayinə edilməsi üçün rayon morquna təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR