Cəlilabadda avtomobil atla toqquşdu: sürücünün anası öldü

Cəlilabadda avtomobil atla toqquşdu: sürücünün anası öldü
SOSİAL
17:39 14.08.2019
2328
Cəlilabad rayonunun Gülməmmədli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, avqustun 13-də saat 22 radələrində Cəlilabad rayonunun Gülməmmədli kəndi ərazisində Bayxanlı kənd sakini Ə.Abdinov idarə etdiyi "VAZ-21099” markalı avtomobillə yolun hərəkət hissəsində olan 1 atı vurub.

Nəticədə Ə.Abdinovun sərnişini - anası Elmira Abdinova hadisə yerində ölüb.

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR