Cəlilabadda avtomobil daş hasara çırpılıb, ata və övladı xəsarət alıb

Cəlilabadda avtomobil daş hasara çırpılıb, ata və övladı xəsarət alıb
SOSİAL
19:01 01.05.2023
172
Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə Cəlilabad şəhər avtovağzalı ərazisində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı "Mercedes" markalı minik avtomobili daş hasara çırpılıb. Qəza nəticəsində 1976-cı il təvəllüdlü Mirfəttah Təhməzov və qızı, 2012-ci il təvəllüdlü V.Təhməzova xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.
 
///Report
OXŞAR XƏBƏRLƏR