Cəlilabad rayonunda iki piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
AZXEBER.COM "report”a istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən iki nəfəri minik avtomobili vurub. Yaralılar rayon xəstəxanasına aparılıb. Onlardan birinin koma vəziyyətində olduğu bildirilir.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.