Hacıqabul və Bərdədə avtomobil yanıb

Hacıqabul və Bərdədə avtomobil yanıb
SOSİAL
16:04 15.07.2025
227
 

Hacıqabul rayonunda (Bakı-Ələt-Qazax avtomobil yolunun 120-ci kilometrliyi) "Kia” markalı minik avtomobilinin yanar hissələri yanıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məlumata görə, Bərdə rayonunun Qaratəpə kəndində "Toyota” markalı minik avtomobilinin yanar hissələri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



 

OXŞAR XƏBƏRLƏR