Cəlilabadda əkin sahəsində basdırılmış dörd kiloqramdan artıq heroin aşkarlandı

Cəlilabadda əkin sahəsində basdırılmış dörd kiloqramdan artıq heroin aşkarlandı
KRİMİNAL
10:38 08.06.2020
2450
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində 4,5 kiloqramdan artıq güclü təsiredici narkotik vasitə aşkar edilərək, dövriyyədən çıxarılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Göytəpə şəhər sakini Elçin İmanov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı bir bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Aparılan araşdırmalarla E.İmanovun narkotik vasitəni Cəlilabad rayonunun Privolnoye kənd sakini Ziya Hüseynovdan əldə etdiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən saxlanılan Z.Hüseynov E.İmanova həmin nakotik vasitəni satdığını etiraf edib və əlavə olaraq satış məqsədilə əldə etdiyi külli miqdarda narkotik vasitə heroini Ələt-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində ona məxsus olan əkin sahəsində torpağa basdıraraq gizlətdiyini bildirib.

Z.Hüseynovun özünün də iştirakı ilə sözügedən əraziyə keçirilən baxış zamanı orada torpaq qatının altında gizlətdiyi beş ədəd sellafon bağlamada ümumi çəkisi 4,5 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanla Ruanda arasında mədəni əməkdaşlığın perspektivləri müzakirə olunub
20:32 28.10.2026
Azərbaycanla Ruanda arasında mədəni əməkdaşlığın perspektivləri müzakirə olunub
Azərbaycan-NATO hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
20:27 28.10.2026
Azərbaycan-NATO hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər
20:21 28.10.2026
Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
20:16 28.10.2026
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Bakıda ICESCO-nun "Sülh kitabı"nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub
20:12 28.10.2026
Bakıda ICESCO-nun "Sülh kitabı"nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib
20:05 28.10.2026
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
20:02 28.10.2026
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb
20:00 28.10.2026
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb
Göygöldə sakinlərlə görüşlər keçirildi - FOTOLAR
19:28 28.10.2026
Göygöldə sakinlərlə görüşlər keçirildi - FOTOLAR
Ədən körfəzində ticarət gəmilərinə xəbərdarlıq
19:20 28.10.2026
Ədən körfəzində ticarət gəmilərinə xəbərdarlıq
AFFA 10 komandaya texniki məğlubiyyət verib
19:08 28.10.2026
AFFA 10 komandaya texniki məğlubiyyət verib
Zelenski: Ukrayna, ABŞ və Rusiyanın üçtərəfli danışıqları baş tuta bilər
18:53 28.10.2026
Zelenski: Ukrayna, ABŞ və Rusiyanın üçtərəfli danışıqları baş tuta bilər
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol
18:42 28.10.2026
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol
"Çelsi" Mateo Kovaçiçi "Mançester Siti"dən geri qaytarmağı planlaşdırır
18:26 28.10.2026
"Çelsi" Mateo Kovaçiçi "Mançester Siti"dən geri qaytarmağı planlaşdırır
Putin Afrika aviaşirkətlərini Rusiyaya uçuşlara başlamağa dəvət edib
18:12 28.10.2026
Putin Afrika aviaşirkətlərini Rusiyaya uçuşlara başlamağa dəvət edib
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb
17:52 28.10.2026
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb