Cəlilabad rayonunun Buravar kəndində iki yaşayış evi yanıb.
AZXEBER.COM xəbər verir ki, kənd sakini Abdullayev Amil Əliağa oğluna məxsus iki mərtəbəli evdə qeydə alınıb. Qəfil başlayan yanğın qısa müddətdə bütün otaqlara yayılıb.
Hadisə yerinə Yardımlı və Cəlilabad rayonlarından canlı qüvvə və texnika cəlb olunub. Lakin ev tamamilə yanaraq yararsız hala düşüb.