Cəlilabadda 85 yaşlı kişi yanaraq ölüb. AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, 1941-ci il təvəllüdlü Bəhrəm Nuriyev qohumuna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə baş vermiş yanğın nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır.