Cəlilabadda hündürlükdən yıxılan azyaşlı öldü

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı öldü
SOSİAL
16:52 28.07.2024
164
Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
 
AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.
 
Belə ki, 2021-ci il təvəllüdlü V.C. nəzarətdən yayınaraq qonşu evinə gedib və hündür pilləkənlə ikinci mərtəbədə yerləşən açıq balkona çıxıb.
 
Uşaq burada müvazinətini itirərək yerə yıxılıb. Xəsarət alan azyaşlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun yolda dünyasını dəyişdiyi məlum olub.
 
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR