Cəlilabadda ‘Modern Art Camp 2013’ layihəsinə start verildi - FOTOLAR

GƏNCLİK
16:00 29.10.2013
2031

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun III Qrant layihəsi çərçivəsində maliyyələşdirilən “Modern Art Camp 2013” layihəsi 26 oktyabr 2013-cü il tarixində saat 10:00-da Cəlilabad rayon Heydər Əliyev adına Yaradıcılıq Mərkəzində açılış mərasimi keçirilib.

AZXEBER.COM-un məlumatına görə, tədbirdə Cəlilabad Rayon Təhsil şöbəsi və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Layihə rəhbəri gənc fotoqraf Fuad Əsgərov Azərbaycan Gənclər Fondu haqqında tədbir iştirakçılarına məlumat verib və gənclər arasında yaradıcılıq düşərgələrinin keçirilməsinin çox önəmli olduğunu vurğulamış layihə iştirakçılarına uğurlar arzulamışdir.

Daha sonra layihənin təlimçisi Azərbaycanın peşəkar fotoqraf və təlimçisi Tahir Cəfərov müasir fotoqrafiya , fotoqrafiyada abstrak və yaradıcılıq mövzularında master klas təlimləri keçmişdir. Həyata keçirilən layihədə Cəlilabad rayon orta məktəb şagirdləri, həvəskar və peşəkar gənc fotoqraflar iştirak edir.

OXŞAR XƏBƏRLƏR