Cəlilabadda “Niva” aşdı - ölən və yaralananlar var

Cəlilabadda “Niva” aşdı - ölən və yaralananlar var
SOSİAL
17:51 22.08.2021
571
Cəlilabadda ağır yol nəqliyyat hadisəsi baş verib.

Hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayonun Babalı kənd sakini Əzizov Xəqani Mehdi oğlu idarə etdiyi "Niva” markalı avtomobili aşırıb.

Qəza zamanı sürücü hadisə yerində ölüb, avtomobildə olan sərnişinlər - İntiqam Maqsudov və Bəhruz Maqsudov xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 
///Report
OXŞAR XƏBƏRLƏR