Cəlilabadda qardaşlar bir-birini bıçaqladılar

Cəlilabadda qardaşlar bir-birini bıçaqladılar
SOSİAL
21:21 20.08.2023
146

Cəlilabadda bıçaqlanma hadisəsi baş verib.

"Report”un Muğan bürosunun məlumatına görə, rayon sakinləri - 1989-cu il təvəllüdlü Nemət Ağayev və 1993-cü il təvəllüdlü Qurban Ağayev bıçaq xəsarətləri alıblar.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İlkin ehtimala görə, iki qardaş bir-birinə bıçaq xəsarəti yetirib. Hadisənin detalları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR