Cəlilabadda QƏZA: Üç kənd işıqsız qaldı

Cəlilabadda QƏZA: Üç kənd işıqsız qaldı
SOSİAL
23:20 22.03.2026
233
Cəlilabadda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

AZXEBER.COM Bizim.media-ya istinadən xəbər verir ki, hadisə rayonun Muğan kəndində baş verib.

Belə ki, Nurəli Niftullayevin idarə etdiyi "Opel" markalı avtomobil yol kənarındakı işıq dirəyini aşırdıb. Nəticədə Muğan, Maşlıq və Söyüdlü kəndləri işıqsız qalıb.

"Azərişıq" ASC-nin əməkdaşları hadisə yerinə gələrək işıq dirəyini yenisi ilə əvəz ediblər və kəndə elektrik enerjisinin verilməsi bərpa edilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR