Ümummilli liderimizin anadan olmasının 91-ci ildönümü münasibətilə Cəlilabad rayonunda silsilə tədbirlərə start verildi.
AZXEBER.COM xəbər verir ki, 24 apreldə Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə Şahmat Məktəbində (7-29) gənclər arasında ümumrayon miqyasında 3 gün davam edəcək Şahmat turnirinin keçirilməsinə başlanıldı. Turnir iştirakçıları Ümummilli liderimizin abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzini ekskursiya etdikdən sonra Şahmat Məktəbində yarışa başladılar. Çempionatda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, gənclər və rayon ictimaiyyəti iştirak etdilər.
Turnirdə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış etdi. Sonra Heydər Əliyev Mərkəzinin direktoru Münasib Həsənov turnir haqqında gənc şahmatçılara məlumat verdi.
Qaliblərin mükafatlandırması mərasimi Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində baş tutacaq. Turnir rayon əhalisinin böyük marağına səbəb oldu.