Cəlilabadda selin yararsız hala saldığı körpü bərpa olunub

Cəlilabadda selin yararsız hala saldığı körpü bərpa olunub
SOSİAL
19:28 28.02.2026
248
Cəlilabad rayonunun Vənlik kəndi ərazisində yerləşən və sel suları nəticəsində qəzalı vəziyyətə düşmüş müvəqqəti körpü bərpa edilib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, aidiyyəti qurumlar tərəfindən aparılan təmir işləri nəticəsində keçid bərpa olunub.

Qeyd edək ki, sözügedən körpü rayonun Vənlik, Oğrubulaq və Fətullaqışlaq kənd sakinlərinin rayon mərkəzinə gediş-gəlişi üçün istifadə etdikləri yeganə nəqliyyat bağlantısıdır.
Körpünün yararsız vəziyyətə düşməsi nəticəsində üç kəndin rayon mərkəzi ilə əlaqəsi müvəqqəti olaraq kəsilib.
OXŞAR XƏBƏRLƏR