Cəlilabadda yeniyetmələrin baltalanmasının təfərrüatı - Qardaşının arvadından qisas almaq istəyib

Cəlilabadda yeniyetmələrin baltalanmasının təfərrüatı - Qardaşının arvadından qisas almaq istəyib
SOSİAL
14:17 02.02.2026
893
Cəlilabad rayonunda baş verən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb. Kənd sakini Əli Hüseynağa oğlu Nağıyev bir evdə yaşadıqları qardaşının iki övladına - 2012-ci il təvəllüdlü Hüseyn Musa oğlu Nağıyev və 2011-ci il təvəllüdlü Həqiqət Musa qızı Nağıyevaya balta ilə xəsarətlər yetirib. H.Nağıyeva ölüb, Hüseyn Nağıyev isə ağır yaralıdır.

Hadisəni törətməkdə şübhəli bilinən Əli Nağıyev müxtəlif cinayətlərə görə 4 dəfə məhkumluq həyatı yaşayıb. O, bir müddət öncə cəza müddətini başa vuraraq evə qayıdıbmış.

Məlumata görə, həbsxanadan qayıdan Əli həyat yoldaşı Dəstəgül Nağıyevadan boşanıb və qardaşı ilə bir evdə yaşamağa başlayıb. Boşanan qadın isə Ə.Nağıyevin qonşuluğunda - atasının evində yaşayıb.

* Baltalanan yeniyetmələrin qohumu: "Zərbədən qızın beyni dağılıb"

Ə.Nağıyev həyat yoldaşından boşanandan sonra insanlarla həddindən artıq əsəbi davranmağa başlayıb. O, həmçinin qardaşının həyat yoldaşı Xəyalə Nağıyevaya da Dəstəgül Nağıyeva ilə əlaqə saxlamağı qadağan edib. Amma X.Nağıyeva onun sözlərinə məhəl qoymadan D.Nağıyeva ilə əlaqə saxlayıb.

Xəyalənin bu hərəkətindən qəzəblənən Əli Nağıyev qardaşının arvadından qisas almaq qərarı verib. Elə bu məqsədlə də o, Xəyalənin iki övladına hücum edərək onları baltalayıb.

Məlumata görə, Ə.Nağıyev uşaqların anasını da qətlə yetirmək istəyib. Lakin qadın hadisə yerindən qaçıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO