Cəlilabadda yol qəzası: ölən və yaralananlar var

Cəlilabadda yol qəzası: ölən və yaralananlar var
SOSİAL
21:39 15.01.2020
3001
Cəlilabad rayonunda yol qəzası baş verib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

İlkin məlumata görə, "Ford" markalı yük avtomobili ilə "VAZ-2106" markalı minik avtomobili toqquşub. Nəticədə şəxsiyyəti hələlik müəyyən edilməyən bir nəfər ölüb. İki nəfər - Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Tahirov Yaşar Ərəb oğlu və Şəki rayon sakini, 1974-cü il təvəllüdlü Bədəlova Gültəkin Əyyub qızı yaralanıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR