Cəlilabadın icra başçısının taxta biznesi: 3 min ver, ağacı qır

SOSİAL
12:59 10.06.2016
3501
Məlum olduğu kimi Cəlilabadın icra başçısı iri şəbəkəli biznes sahibidir. Onun bir neçə yerdə binalar tikdirdiyi,çorək zavodlarının olduğu,mebel sexlərinə sahibləndiyi qeyd olunur.Həmçinin icra başçısının səlahiyyətlərindən istifadə edib Cəlilabadda meşələri kəsdirib satdırıdığı da qeyd bildirilir.Ona bu işdə müavini Vidadi Dövlətov dəstək olur,cəllabadda sahibkarlar sıxışdırılır mebel işi bir əldə cəmləşdirilir.Bunda əlavə hər il yanacaq məqsədi ilə məhv edilən meşələrdən yüzlərlə maşın odun çıxarılır. Əhaliyə və təhsil şöbələrinə satılan odundan isə külli miqdarda gəlir də götürülür.Belə ki, hazırda rayonda bir maşın odunun qiyməti 350 manatdır,pulsuz odun qırmaq üçün cəllabad meşələrinə odun qırmağa heç kim cəsarət etməz.Redaksiyamıza daxil olan məlumatda o da qeyd olunur ki, Cəlilabad Meşə Təsərrüfatı və Bərpası müəssisəsinin rəhbərliyi bu işə artıq biznes kimi yanaşır,icra başçısına əsaslı dəstək verir . Çünki belə olmasaydı o,arxayın şəkildə hərəkət etməz hüquq mühafizə orqanlarına saymazyana davranmazdı. .Sayta daxil olan məlumata görə, Əziz Əzizov hər ay əldə etdiyi gəlirdən Cəlilabad Meşə Təsərrüfatı və Bərpası müəsissəsinin müdirinə meşədə apardığı ağac qırma işinə görə 3000 manat “haqq” verir. /// aia.az

OXŞAR XƏBƏRLƏR