Cem Yılmaza 5000 dollar cərimə

MAQAZİN
17:01 13.10.2014
1033
Türkiyənin tanınmış komediya ustası Cem Yılmaz ABŞ-dakı tamaşasını gec bitirdiyi üçün cərimə ödəyəcək

Cem Yılmazın Nyu Cersidə 40 min dollara icarəyə götürdüyü “NJ PAC Prudential Hall”-ın meneceri tamaşanın göstərilən vaxtdan 9 dəqiqə gec bitdiyini söyləyib. O, işçilərinin əlavə vaxta qaldığına görə təşkilatçıların 5000 dollar ödəməli olduğunu bildirib. Nyu Yorkdakı tamaşa saatının isə salon işçilərinin yemək fasiləsi ilə eyni vaxta düşüb. Təşkilatçılar salon işçilərinin işi buraxıb yeməyə getməsinə sərt reaksiya göstərib. Cem Yılmaz yemək fasiləsinə getməməsi üçün də 5000 dollar əlavə ödəmə edib.

OXŞAR XƏBƏRLƏR