"Günəşlə Yupiter arasında sekstil bucaq olacaq. Təsir müddəti 3 gündür".
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Türkiyəli astroloq Dinçer Güner öz sosial media hesabında etdiyi paylaşımda bildirib.
O, həmçinin paylaşımda bildirib:
"Yeni layihələrə başlamaqdan çəkinməyin. Yupiterin dəstəyi sayəsində təşəbbüslərinizdə gözlənilməz şans və dəstək tapa bilərsiniz. Bəlkə də uzun müddətdir arzuladığınız fürsət qapınızı döyəcək. Bu şanslı dövrdə iş görüşmələri, müsahibələr və ya mühüm görüşlər planlaşdırmaq üçün əla zamandır.
Optimist olacağımız, bəxtimizə güvənəcəyimiz, xoşbəxt olacağımız dönəmlərdir. Məqsədlərinizə çatmaq üçün hərəkətə keçə bilərsiniz. Bu günlərdə başladığınız yeni biznes və layihələr sürətlə inkişaf edə bilər. Xüsusilə maliyyə baxımından yaxşı inkişaflar yaşaya bilərik. Yeni bacarıqlar öyrənmək, təhsil almaq və ya maraqlarınızı genişləndirmək üçün yaxşı vaxt ola bilər. Yeni insanlarla tanış olmaq və ya mövcud əlaqələri gücləndirmək imkanları yarana bilər".
Oksana