Cəmil Babayev iki erməni ilə dəyişdirilərək Azərbaycan tərəfinə qaytarıldı

Cəmil Babayev iki erməni ilə dəyişdirilərək Azərbaycan tərəfinə qaytarıldı
SOSİAL
21:05 07.09.2021
827

Gəncədə yerləşən psixatriya xəstəxanasından qaçdıqdan sonra yolunu azaraq Qarabağdakı Rusiya sülhməramlılarının nəzarəti altında olan əraziyə keçmiş azərbaycanlı Cəmil Babayev yolunu azaraq Azərbaycan tərəfə keçmiş iki erməni - Artur Nalbandyan və Aramais Torozyanla dəyişdirilib.

AZXEBER.COM xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, dəyişdirilmə prosesi Rusiya sülhməramlılarının vasitəçiliyi ilə baş tutub.

Xatırladaq ki, avqustun 26-da Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.
OXŞAR XƏBƏRLƏR